11:34 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
44 0 0

Ötən gün Sevil Sevin bacıları, Günay İbrahimli, rəqqasə Fatimə Fətəliyeva, Vüqar Muradov, Əməkdar artist Nüşabə Ələsgərli, Türkan Vəlizadə, meyanaçı Pərviz Bülbülə və s. uzun müddətdən sonra toy səhnəsində yer alıblar.

BAKI, 2 iyul — Sputnik. Dünəndən etibarən Azərbaycanda müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib. Sputnik Azərbaycan fərqli məkanlarda toy idarə edən müğənnilər həmin anları sosial media hesablarında paylaşmağı da unutmayıblar. Uzun müddət sonra verilən icazə şou əhlinin də sevincinə səbəb olub. Ötən gün Sevil Sevin bacıları, Günay İbrahimli, rəqqasə Fatimə Fətəliyeva, Vüqar Muradov, Əməkdar artist Nüşabə Ələsgərli, Türkan Vəlizadə, meyanaçı Pərviz Bülbülə və s. uzun müddətdən sonra toy səhnəsində yer alıblar.

Toy qadağasını götürdülər

Xatırladaq ki, dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah ötən ilin martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi daxil idi. Bu yaxınlarda - iyunun 22-də "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

Mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir. Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

Əsas mövzular