22:04 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
63401

Nazirlər Kabinetinin qərarı ilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

BAKI, 1 iyul — Sputnik. Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq. Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Məlumat üçün əlavə edək ki, Ramazan bayramı ilə əlaqədar bu ilin mart ayının 4-də də Əli Əsədov iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilməsi ilə bağlı qərar vermişdi. Bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olduğu üçün iş mayın 16-dan başlamışdı. Həmin vaxt Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Qurban bayramı 

İslamın əsas bayramlarından olan Qurban bayramı bu il iyulun 20-21-nə təsadüf edir. Müsəlmanlar bu günə əvvəlcədən hazırlaşırlar.

Adi vaxtlarda inanclı insanlar bir yerdə bayram namazı qılır, sonra qurbanlıq heyvanı kəsərək, imkanı olmayanlara paylayır. Həmin gün bir-birinin evinə qonaq getmək, bayramı birgə qeyd etmək savab sayılır. Amma pandemiya dünyanın milyardlarla müsəlman icmasının ənənəsini də dəyişib. Məsələn, ötən il pandemiya ilə əlaqədar insan həyatının qorunması məqsədi ilə ibadət məkanları bağlı idi, məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə, təxirə salınmışdı.

Əsas mövzular