03:22 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
2110

Son günlər respublika ərazisində bərqərar olan anomal istilər əsgərlərimizin səhhətinə zərər vurmasın deyə gündəlik nizam qaydalarına dəyişiklik edilib.

BAKI, 28 iyun — Sputnik. Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Qeyri-sabit hava

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bakı və Abşeron yarımadasında, aran rayonlarında günlərdir havanın temperaturu 40-43 dərəcə Selsi arasında dəyişir, ölkənin qərb, şimal-qərb rayonlarında, dağlıq ərazilərdə isə külək və yağış müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 01-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.

İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bakıda hərbi təlimlər

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. 

İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.

Eləcə də oxuyun:

  • Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

  • Hərbi pilotlarımız şərti düşmənin yer və hava hədəflərinin məhv ediblər

  • Nazir: "Azərbaycan Ordusu regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır"

Teqlər:
kondisioner, kazarma, anomal isti, hava, dəyişiklik, Azərbaycan Ordusu

Əsas mövzular