CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi pilotlarımız şərti düşmənin yer və hava hədəflərinin məhv ediblər

© AR Ministry of Defence“Anadolu Qartalı - 2021” təlimində hərbi pilotlarımız növbəti tapşırıqları icra edib
“Anadolu Qartalı - 2021” təlimində hərbi pilotlarımız növbəti tapşırıqları icra edib - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib.

BAKI, 27 iyun - Sputnik. Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 
Təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib.

1/5
2/5
3/5
4/5
5/5
1/5
2/5
3/5
4/5
5/5

Tapşırığa əsasən, hərbi pilotlarımız hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv edilməsini icra edib, eləcə də qarşı tərəfin canlı qüvvəsi və zirehli texnikasına zərbələr endirib.

“Anadolu Qartalı - 2021”

İyunun 21-də başlamış təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edir.

Bundan öncə, iyunun əvvəllərində Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimləri keçirilib. Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunub.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Təlimlər iyulun 3-dək davam edəcək.

Eləcə də oxuyun:

  • "Anadolu Qartalı – 2021" beynəlxalq taktiki-uçuş təlimi başlayıb - VİDEO

  • Havada, dənizdə və quruda – bu, Azərbaycan hərbçiləri üçün unikal şansdır

Xəbər lenti
0