01:22 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
618 0 0

Səbail rayonu Mənzil Kommunal İstismar Sahəsi Şövkət Kəlbiyevanı işdən çıxardıb. Sputnik Azərbaycan-ın əməkdaşı Nigar İsgəndərova Şövkət Kəlbiyeva ilə danışıb.

BAKI, 17 iyun — Sputnik. Ötən ay canlanan "Zəhmətkeş qadın, əzabkeş ana" obrazı hər kəsi təsirləndirdi. Söhbət 1987-ci il təvəllüdlü tək qadın olan Şövkət Kəlbiyevadan və 5 yaşlı qızı, yanıq xəsarəti alan Ayandan gedir. Ananın səhər tezdən küçələri süpürərkən övladını yanında gəzdirməsi fotosu gündəmi silkələmişdi.

Şəkilin yayılmasından bir neçə gün sonra isə onlar Kəmalə Ağazadənin sığınacağına yerləşmişdilər.

Artıq Ayan anası ilə birgə özlərinin tikməyə çalışdıqları evdədirlər. Bununla bağlı ana Şövkət xanım Sputnik Azərbaycan-a danışıb. O çarəsizliyini dilə gətirib: "İlk günlərdə Kəmalə xanıma yaxınlaşıb sıxıldığımı demişdim, çünki qapalı yer idi. Amma ondan sonra nə qədər müddət orada qaldım. Sonra ərizə yazıb oradan çıxdım. Hətta çıxanda mənə dedilər ki, istəsən, uşağın qalsın burda. Amma bilirəm ki, qızım məndən ayrı qala bilməz. Heç zaman gözümdən kənar qalmayıb. Ona görə də artq sığınacaqda deyilik. Həmişə qaldığımız yerdəyik. Bir həftədir ki, biz sığınacağı tərk etmişik".

Şövkət xanım deyir ki, oradakı uşaqların haqqına girə bilməzdi: "Mən o yetimlərin boğazından kəsib nə vaxta kimi yeyim?! Mənim üçün nə iş oldu, nə güc oldu. Heç bir şey ortalıqda olmadı. Bir para işimdən də oldum. Bilsəydim ki, işsiz qalacağam, işimdən çıxmazdım. Belə orada mənə pis baxmayıblar, narazılığım yoxdur. Lakin işsizliyim problem açdı. Bir balamı güclə saxlayırdım. İndi nə işim var, nə də köməyim. Bir damın altında qalmışıq, iş yoxdur ki gedim işləyim".

Qadın hazırda iş axtarır: "Orada olanda hansısa idarədən gələnlər dedilər ki, sizi işlə təmin etməyə gəlmişik. Üstündən bir həftə də keçdi, heç bir soraq olmadı. Elə o gedən oldular. Hazırda mənimlə maraqlanan yoxdur, heç soruşmurlar ki, görəsən bu qızın vəziyyəti necədir? Kəmalə xanımın işi olur, onu qınamıram. O, tək mənə vaxt ayıra bilməz ki. Mən arada bir yazıram, o da cavab verir. Ayın 24-də qızımın ad günüdür, deyirəm ki, heç olmasa uşağın ad gününü orada keçirək. O da sağ olsun, razılıq verib. Ondan heç bir incikliyim yoxdur. Sadəcə, işsizəm, çox çarəsizəm. Çünki Kəmalə xanım o zaman mənim işlədiyim yerə, Səbail rayonu 4 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə övladımın müalicəsi ilə bağlı məktub göndərmişdi. İzah olunmuşdu ki, ana məhz bu səbəbdən işə çıxa bilmir. Buna baxmayaraq, sonradan mənə işlədiyim yerdən zəng etdilər ki, gəl ərizənə qol çək, işə gəlmədiyin üçün işdən çıxarılmısan. İndi çox çarəsizəm".

© Sputnik / Nigar Iskanderova
Şövkət Kəlbiyeva qızı Ayanla

Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz sığınacağın və "Azərbaycan Uşaqlar Birliyi"nin rəhbəri Kəmalə Ağazadə deyib: "Qadın öz ərizəsi əsasında sığınacağı tərk edib. Qeyd edib ki, artıq reabilitasiyası yekunlaşıb. Bu müddətdə biz uşağı müayinələrdən keçirdik, onun adına açdığımız kart hazırda özündədir. O, oradan lazım olan vəsaiti çıxarıb. Bütün sənədlər də aktlaşdırılıb. Uşağının, özünün müayinələri, müalicəsi, dərmanları alındı, özünə verildi. Eyni zamanda da uşağın doğum haqqında şəhadətnaməsini bərpa etdik, itirilmişdi. Bir neçə iş variantı təklif olundu, gedib baxdı. Lakin onu qane etmədi. Bildirdi ki, özü iş tapacaq. Təxminən 20 gün ərzində bir dövlət müəssisəsində də ştat açılmalıdır. Bununla bağlı da ona məlumat veriləcək".

© Sputnik / Nigar Iskanderova
Şövkət Kəlbiyevanın qızı Ayan

"Qadın bildirdi ki, evini təmir etdirmək istəyir. Bu səbəbdən də evində olub, o işləri görməyin daha düzgün olacağını bildirib. Biz sənəd aktlaşdıranda qarşı tərəfin istəyinin əleyhinə nəsə etmirik. Ona bildirdik ki, əgər uşağının günərzi burada olmağını istəyirsənsə, problem deyil. O, mənə "mama" deyir. Ad gününü klounlarla Dənizkənarı parkda keçirməyi planlaşdırırıq. Biz kimi buradan elə-belə çıxarmışıq ki?! O özü deyib ki, mən arada gəlib-gedəcəyəm", - deyə Ağazadə əlavə edib.

Həmçinin oxuyun:

Süpürülən talelər - Bir fotodan daha artıq

Ana övladını hər səhər özü ilə işə aparmaq məcburiyyətindədir

Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Əsas mövzular