19:37 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
2132 0 0

İsti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır.

 

BAKI, 16 iyun — Sputnik. Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciətində deyilir.

Ölkə ərazisində yanğın hadisələrinin baş verməməsi üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə əhaliyə müraciət edir ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.

İnsan amili əsasdır

Aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Qeyd edək ki, isti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır. Yanğın hadisələrinin baş verməməsi üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq.

Xatırladaq ki, Azərbaycanda açıq sahələrdə 2019-cu ildə 103, 2020-ci ildə isə 94 yanğın olub. 2020-ci ildə açıq sahələrdə baş verən yanğınlarda 2 nəfər həlak olub, 1 nəfər xəsarət alıb. 2019-cu ildə isə ölən olmayıb, lakin 2 nəfər xəsarət alıb.

2021-ci ilin I rübü ərzində Azərbaycanda açıq sahələrdə 8 yanğın olub. İnsan tələfatı və xəsarət alanlar olmayıb.

Teqlər:
yay mövsümü, əkin-biçin, müraciət, yanğın

Əsas mövzular