CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi kateqoriya şəxslərin təqaüdləri artırılıb - Qanuna dəyişiklik edilir

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Milli Məclisdə "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və digər qanunlarda dəyişikliklərə baxılıb.

BAKI, 11 iyun — Sputnik. Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunlarda dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər barədə deputat Arzu Nağıyev məlumat verib.

A.Nağıyev bildirib ki, plenar iclasın müzakirəsinə təklif olunan məsələ uyğunlaşdırma xarakteri daşıyır: "Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində, eyni zamanda Əmək və sosial siyasət komitəsində baxılıb və plenar iclasa tövsiyə edilib. Bu sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar davam etdirilir və əsas meyar kimi hər bir Azərbaycan vətəndaşının rifahı ən mühüm məsələdir".

O bildirib ki, bu baxımdan 29 dekabr 2020-ci il tarixli "Sosial müavinətlər haqqında" qanuna edilən dəyişikliyə və 2020-ci il 31 dekabr tarixli Azərbaycan Prezidentinin Fərmanına əsasən - bəzi kateqoriya şəxslərin sırasından olan - şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılıb.

Və qanunda "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət" sözləri - "müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət" sözləri ilə əvəz edilib. Dəyişikliklərə əsasən Azərbaycan Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılıb.

Deputat bildirib ki, "Sosial müavinətlər haqqında" qanuna uyğunlaşdırılması məqsədilə "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi nəzərdə tutulur.

"Hərbi qulluqçuların statusu haqqında" qanunun 21-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aylıq müavinət ödənilir. Yəni bu kateqoriyadan olan ailəyə ayda 100 manat ödənilir (əvvəllər bu, başqa bir formada həyata keçirilirdi).

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin üçüncü abzası ləğv edilir (və konkret olaraq həmin 300 manatın əvəzinə 500 manat təqaüd veriləcək).

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi ləğv edilir (əvvəllər 100 manat alan şəxslər indi 130 manat alacaqlar. Burada gözdən əlillik istisna edilir).

Deputat bir daha diqqətə çatdırıb ki, bu artımlar Prezidentin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həyata keçirilir.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Həmçinin oxuyun: 

* Azərbaycanda pensiya, müavinət və təqaüdlər artırılacaq

* Pensiyaların verilmə qaydasında dəyişiklik olub

* Prezident təqaüdləri verilən ailələrin sayı açıqlandı

Xəbər lenti
0