01:24 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
934

Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.

BAKI, 8 iyun — Sputnik. Son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Xəbərdə qeyd edilir ki, bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar. Qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.

"Vətəndaşların ölkəmizə gətirilmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir. Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalması, sağalanların sayının yoluxanların sayını üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq. Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür.", - məlumatda bildirilir.

Mustafa Cecelinin konsert verdiyi restoran cəzalandırıldı  

Bu arada Daxili İşlər Nazirliyi (DİN) “İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibi cəzalandırılıb.

O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:

“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib", - Zahidov əlavə edib.

Həmçinin oxuyun:

* Abşeronda toya görə şadlıq sarayının rəhbəri 5000 manat cərimələndi

* Göyçayda restoranda nişan mərasimi keçirənlər cərimələndi

* Paytaxtın tanınmış restoranları cərimələndi

Əsas mövzular