CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn aydan pensiya yaşı artırılır

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
O xatırladıb ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb.

BAKI, 7 iyun — Sputnik. "Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

O xatırladıb ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb:

"Kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək".

Şöbə müdiri bütün dünyada eyni prosesin getdiyini qeyd edib və əlavə edib ki, Azərbaycanda pensiya yaş həddi yüksək deyil: "Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil.

Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır.

Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır.

Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Eləcə də oxuyun:

  • Altı ay ac-susuz: Pensiyasız qalanları yeni qanun xilas edə biləcəkmi?

  • Bu pensiyaçılara əlavə vəsait ödəniləcək

  • Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır - ekspert "islahat"ı əsassız hesab edir

Xəbər lenti
0