CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
Bu şənbə günü ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hökumətin qəbul etdiyi qərar yəqin ki, paytaxt sakinlərini həm təəccübləndirəcək, həm də sevindirəcək.

BAKI, 7 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində həftə sonları ictimai nəqliyyatın fəaliyyəti bir qayda olaraq məhdudlaşdırılır.

Xəbər lenti
0