CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şad xəbər: "Formula-1" görə bağlanan bəzi küçələri vaxtından əvvəl açacaqlar

© Photo : Facebook / Bakı Nəqliyyat AgentliyiBakıda avtobuslar üçün xüsusi zolaq
Bakıda avtobuslar üçün xüsusi zolaq - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.

BAKI, 6 iyun - Sputnik. Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, məlumatı Bakı Nəqliyyat Agentliyi verib. Dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:

  • 07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
  • Azneft dairəsi - Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcəkdir.

Qeyd olunub ki, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.

Eləcə də oxuyun:

Xəbər lenti
0