CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis gücləndirilmiş iş rejiminə keçib

© Sputnik / Murad OrujovDİN əməkdaşları
DİN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
E.Zahidov qeyd edib ki, ictimai asayiş, təhlükəsizliyin qorunması və eyni zamanda da nəqliyyat vasitələrinin rahat hərəkəti üçün lazım olan bütün tədbirlər həyata keçirilir.

 

BAKI, 3 iyun — Sputnik. "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq polis gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a verdiyi məlumatda bildirib.

E.Zahidov qeyd edib ki, ictimai asayiş, təhlükəsizliyin qorunması və eyni zamanda da nəqliyyat vasitələrinin rahat hərəkəti üçün lazım olan bütün tədbirlər həyata keçirilir. DİN rəsmisi qeyd edib ki, bu işlər davam etdiriləcək: "Bu tədbirlər beynəlxalq idman yarışının davam etdiyi müddətdə də həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində keçiriləcək.

Xatırladaq ki, ilk Azərbaycan Qran Prisi 2017-ci ildən etibarən keçirilir. Yalnız ötən il ölkədə pandemiya vəziyyətinin yeni elan olunması və sərt karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Qrqan Prisinin keçirilməsi mümkün olmamışdı.

Eləcə də oxuyun:

  • Hər şey necə başlayıb: "Formula-1" barədə tarixi faktlar

  •  Bu yollarda hərəkət məhdudlaşdırılır

  •  Günter Ştayner: Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir

Xəbər lenti
0