14:28 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
2875

İsgəndərli Rusiyada toy məclislərinin birində koronavirusa yoluxmuşdu. Bir müddət evdə müalicə alan müğənninin səhhəti pisləşdiyindən onu xəstəxanaya yerləşdirmişdilər.

BAKI, 2 iyun — Sputnik. Uzun müddət koronavirusdan əziyyət çəkən Əməkdar artist Mətanət İsgəndərli sağalıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Instagram" səhifəsində məlumat verib. Xəstəliyindən danışan müğənni ağır günlər keçirdiyini, xəstəlikdən sonra ilk toyunu apardığını bildirib: "Ağır xəstəlikdən sonra birinci toyumdur. İnana bilmirəm, hələ də şokdan çıxmamışam. Elə bilirdim sağalmayacağam. Elə bir xəstəlikdir ki, insan sağalacağına inanmır. Tezliklə Azərbaycanda da toylar başlasın".

Qeyd edək ki, M.İsgəndərli Rusiyada toy məclislərinin birində koronavirusa yoluxmuşdu. Bir müddət evdə müalicə alan müğənninin səhhəti pisləşdiyindən onu xəstəxanaya yerləşdirmişdilər. Vəziyyəti ağır olan sənətçinin bronxlarında problem olduğundan o, reanimasiyada yatırdı.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170,3 milyonu keçib, 3,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular