CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AAYDA: Çirkab suları formalaşdıracaq heç bir təsərrüfat sahəmiz mövcud deyil

© Sputnik / Irade JELILKürdəxanında çirkab sular
Kürdəxanında çirkab sular - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qeyd etdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nasosxana fəaliyyət göstərir.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama yayıb.

Qurumdan daxil olan məlumatda bildirilib ki, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "7 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə məxsus boru vasitəsilə çirkab suyun dənizə axıdılması ilə bağlı kifayət qədər dolğun olmayan və agentliyin nüfuzuna xələl gətirən məlumat yayılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bildiririk ki, agentliyin çirkab suların formalaşmasına gətirib çıxara biləcək və bu suların təmizlənmədən axıdılmasına səbəb ola biləcək heç bir təsərrüfat sahəsi mövcud deyil.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qeyd etdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nasosxana fəaliyyət göstərir. Sözügedən nasosxana 2013-cü ildə Buzovna-Mərdəkan-Şüvəlan-Qala avtomobil yolunda inşa edilib. Məqsəd sözügedən yol üzərində yerləşən yol qovşağında formalaşan qrunt və yağış sularını drenaj vasitəsilə nasosxananın su anbarına yığmaqdır. Anbara yığılan su qrunt və yağış suları olduğu üçün əlavə təmizlənməsinə gərək olmadan oradan isə 4715 p/m uzunluğa malik boru vasitəsilə dənizə axıdılır.

Xəbər lenti
0