CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Türkiyə hərbçiləri F-16-ların uçuşlarını izləyiblər

© AR Ministry of Defence“Anatolian Phoenix-2021” təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
“Anatolian Phoenix-2021” təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Əvvəlcə qonaqlar Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrin nümunəvi uçuşlarını izləyiblər.

BAKI, 1 iyun — Sputnik. Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Anatolian Phoenix-2021" təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Əvvəlcə qonaqlar Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrin nümunəvi uçuşlarını izləyiblər.

Sonra təlimin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və aviasiya vasitələri ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər.

© AR Ministry of Defence“Anatolian Phoenix-2021” təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
Azərbaycan və Türkiyə hərbçiləri F-16-ların uçuşlarını izləyiblər - Sputnik Azərbaycan, 1920, 01.06.2021
“Anatolian Phoenix-2021” təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib

Təlimə cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Eləcə də oxuyun:

  • Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Konyadadır

  • Azərbaycan Ordusu Ermənistan SQ-nin PUA-sını ələ keçirdi

  • "Ermənistanın ərazilərimizdə mina basdırmaq kimi təxribatlara əl atması yolverilməzdir"

     

Xəbər lenti
0