14:40 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
10

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək.

BAKI, 1 iyun — Sputnik. Mayın 31-dən başlayaraq "facebook" sosial şəbəkəsinin ən məşhur qruplarından olan "Азербайджанская Кухня и не только" da 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar balacalar üçün "4 yemək" adlı müsabiqə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq səhər, günorta, şam yeməyi və desert hazırlayacaqlar. Həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və 4 qalib seçilib dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqları mətbəxlə maraqlandırmaq, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənməkdir.

"6 ay idi ki, qrupumuzda böyüklərin sevə-sevə iştirak etdiyi "Dünyanın dadı" müsabiqəsi davam edirdi. İyun ayını isə tamamilə uşaqlara həsr etmək istədik. Ağlıma uşaqlara faydalı olacaq, onlara nələri isə öyrədə biləcək bir müsabiqə təşkil etmək gəldi. Ümid edirəm ki, 1 ay ərzində biz gözəl nəticələr əldə edə biləcəyik və övladlarımız özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə bişirməyi öyrənəcəklər. Mən özüm də böyük həvəslə 3 balamla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam," - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.

Müsabiqəyə qoşulmaq üçün "facebook"da "Азербайджанская Кухня и не только" qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılacaq. Müsabiqənin baş sponsoru "Soliton" Mağazalar Şəbəkəsi, sponsorları isə "TOUX restoranı", "Granat Buket" və yazıçı Çinarə Köçərlidir.

Xatırladaq ki, "Азербайджанская Кухня и не только" qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 22000-nə yaxın üzvü var.

Beynəlxalq Uşaqlar Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü — 1 iyun 1950-ci ildə aylin BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Həmçinin oxuyun:

Uşaqların mətbuat konfransı - Jurnalistlər bu dəfə onlara sualları ünvanladı

Danışır uşaqlar! – Atatürkün şəkillərini sevirəm, top oğlanlar üçündür, villa alacam

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

Əsas mövzular