15:02 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
15

"Ola bilər ki, testdən yüksək balla keçəsən, amma gedib hansısa rayonda işləyə bilməzsən. Adam tanıyıram ki, 90 bal toplayır, gedib rayonda işləyə bilmir".

BAKI, 31 may — Sputnik, Xalid Məmmədov. Millət vəkili Sabir Rüstəmxanlı parlametin iclasında dövlət qulluğuna qəbul qaydaları ilə bağlı narazılığını dilə gətirib.

Sputnik Azərbaycan xəbər verir ki, deputat həyat təcrübəsinin olmasının vacibliyini söyləyib: "İmtahan ayrıdır, həyat məsələsi ayrı. Elə insanlar var ki, hansısa rayonda illərlə işləyib və təcrübə toplayıb. Bu, o deməkdir ki, hər şeyi çox yaxşı bilir. Ola bilər ki, testdən yüksək balla keçəsən, amma gedib hansısa rayonda işləyə bilməzsən. Adam tanıyıram ki, 90 bal toplayır, gedib rayonda işləyə bilmir".

Sabir Rüstəmxanlı dövlət qulluğuna qəbulda ciddi dəyişikliklərin aparılmalı olduğunu bildirib: "Bu belə davam edə bilməz".

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.

Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Mövcud qanuna görə isə dövlət qulluğu sertifikatına malik olan namizədlərin heç bir məhdudiyyət qoyulmadan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulsa da, bir çox hallarda müsahibədə iştirak üçün müraciət etmiş namizədlərin müsahibəyə gəlməməsi və bu səbəbdən DİM üçün əlavə xərclərin yaranması hallarına rast gəlinir. Bu cür halların qarşısını almaq üçün dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin hər ili ərzində dövlət qulluqçusunun beş müsahibədə iştirakının ödənişsiz, beşdən artıq müsahibədə iştirak üçün isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş ödəməsi nəzərdə tutulur.

Qanuna dəyişiklik III oxunuşda qəbul edilib.

Eləcə də oxuyun:

 

Əsas mövzular