CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Onların qazi taleyi ilə bağlı dərs keçməyə mənəvi haqqı yoxdur"

© © Photo: TRENDПохороны шехида Тебриза Ибрагимова
Похороны шехида Тебриза Ибрагимова - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
"Son dövrlər sosial mediada əvvəldən aztəminatlı ailələrdən olan müharibə qəhrəmanlarımızın doğulduğu, böyüdüyü "gecəqondu"ların fotolarını, videolarını çəkib dövlətin şəhidə və qaziyə münasibəti kimi sərgilənməsi halları artmaqdadır".

BAKI, 31 may — Sputnik. "Ölkədə hər kəs bərabər yaşamır. O cümlədən də şəhid ailələri və qazilərimizin bəziləri müharibəyə qədər aztəminatlı insanlar olub və onların əvvəldən mənzil şəraitləri o qədər də yaxşı olmayıb. Təbii ki, bu gün bizim öncəliyimiz həmin insanlar olmalıdır. Heç şübhəsiz ki, şəhid ailələri və qazilər bu ölkədə hər kəsdən daha yaxşı mənzil və ev şəraitinə layiqdir və dövlət başçısının iradəsi də bu yöndədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, ilin əvvəlində müvafiq sərəncam imzalandı və 2025-ci ilədək bu təbəqədən olan bütün vətəndaşlar yeni mənzil və evlərlə təmin ediləcəklər: "Sadəcə qəbul edək ki, müharibə 7 aydır bitib, qısa müddətdə bunların hamısını çatdırmaq qeyri-mümkündür. Amma hər kəs əmin ola bilər ki, həmin soydaşlarımızın mənzil təminatı dövlət üçün prioritet məsələdir. Lakin təəssüflər olsun ki, son dövrlər sosial mediada əvvəldən aztəminatlı ailələrdən olan müharibə qəhrəmanlarımızın doğulduğu, böyüdüyü "gecəqondu"ların fotolarını, videolarını çəkib dövlətin şəhidə və qaziyə münasibəti kimi sərgilənməsi halları artmaqdadır. Mən inanıram ki, bəzi vətəndaşlarımız bu paylaşımları ürək yanğısı ilə edir, lakin özünü böyük siyasətdə sayanlar, hakimiyyətə gəlməkdə iddialı olanların bu cür ucuz metodlara əl atması, şəhid və qazilərimizi kənardan idarə olunan ucuz antimilli siyasətə alət edilməsinə imkan vermək olmaz".

"Cəmiyyət də bu antimilli mövqe tutan insanlara başa salmalıdır ki, zamanında işğala zəmin yaradanların torpaq azad edənlərə, həm də Ağdam, Kəlbəcər və Laçın kimi alınmaz qalaları şəhid vermədən, bir güllə atmadan azad edənlərə şəhid və qazi taleyi ilə bağlı dərs keçməyə mənəvi haqqı yoxdur", - deyə deputat qeyd edib.

Eləcə də oxuyun:

  • "Ev almağa ömürləri çatmayacaq" - Deputat şəhid ailələrinin ağlamalı durumu barədə

  • Türk nazir Prezidentə: "Min ildən sonra da adınız tarixdə tərənnüm ediləcək"

  • Şəhidin xanımı: Atasını büküb gətirdikləri bayrağa, övladımı bükürəm ki, ətri hopsun

     

Xəbər lenti
0