CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis bu yaz sonuncu dəfə toplandı: gündəm

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Şuşa ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul ediləcək, "2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

BAKI, 31 may — Sputnik, Xalid Məmmədov. Bu gün Milli Məclisin plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Eləcə də oxuyun:

  • Maliyyə naziri partiyalara verilən vəsaitin azalmasının səbəbini açıqlayıb

  • Maliyyə naziri: "Ölkə iqtisadiyyatı iki böyük şokla qarşılaşıb"

  • Şuşa haqda bir qanun bəs etməyəcək?

     

Xəbər lenti
0