12:45 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
10

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

BAKI, 28 may - Sputnik. Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 29-da

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 isti, gündüz 25-29 isti, Bakıda gecə 16-18 isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz  30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Teqlər:
rayonlar, Bakı, yağış, duman, külək, isti, hava proqnozu

Əsas mövzular