CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə sənəd qəbulu başlayır

© AFP 2023 / NATALIA KOLESNIKOVAСтуденты, фото из архива
Студенты, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
"Abituriyentin elektron ərizəsi" formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur. Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir.

BAKI, 26 may — Sputnik. "Yaxın günlərdə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu ilə bağlı sənəd qəbulu başlayacaq – Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çərşənbə günü keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

M.Abbaszadə bildirib ki, yuxarıda qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün "Abituriyentin elektron ərizəsi" formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış "Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi" vasitəsilə qeydiyyatdan keçməlidirlər.

"Bu abituriyentlər verilmiş keçiddə "Şəxsi kabinetə istifadəçi adı və parolunu daxil edib "Qeydiyyata al" düyməsini basmalıdırlar. "Qeydiyyata al" düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir. Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur", - deyə o bildirib.

"Abituriyentin elektron ərizəsi" formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur. Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər.

Həmçinin oxuyun:

Abituriyentlərdən COVID-19 pasportu tələb olunacaqmı

Abituriyentlərin nəzərinə: Ali məktəblərə qəbul qaydaları açıqlandı

Abituriyentlərin diqqətinə: ixtisas qruplarında dəyişiklik olundu

Xəbər lenti
0