18:58 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
4310

Ağdam şəhərinə yeni yol çəkilir.  Başlanğıcını Bərdə şəhərinin mərkəzindən götürən avtomobil yolunun çəkilişi Ağdam şəhərinin mərkəzinə qədər davam edəcək.

BAKI, 22 may — Sputnik, Emin Əlisahib. Azərbaycanın işğaldan azad edilən ərazilərində Böyük Qayıdışı yaxınlaşdıran daha bir layihənin icrasına başlanılıb. Bu, Ağdam şəhərinə gedən avtomobil yolunun yenidən qurulmasıdır ki, artıq sözügedən ərazidə işlər davam etdirilir.

Mühəndis Dəyanət Ağakişiyev Sputnik Azərbaycan-a bildirib ki, avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq 26,5 metr enində layihələndirilib. Yolda 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağı nəzərdə tutulub. “Bərdə-Ağdam avtomobil yolu başlanğıcını Bərdə şəhərindən götürür. Yolun uzunluğu 45.3 kilometr, eni 26.5 metrdir. Yol 4 hərəkət zolağından ibarət olacaq. Hərəkət zolaqlarının eni 3.75 metr, 2 metr ayrıcı zolaq, 3 metr olmaqla çiyin nəzərdə tutulub”.

  • Ağdam rayonunda yeni avtomobil yolun tikintisi
    © Sputnik / Emin Alisahib
  • Ağdam rayonunda yeni avtomobil yolun tikintisi
    © Sputnik / Emin Alisahib
  • Ağdam rayonunda yeni avtomobil yolun tikintisi
    © Sputnik / Emin Alisahib
  • Dəyanət Ağakişiyev Mühəndis
    © Sputnik / Emin Alisahib
  • Ağdam rayonunda yeni avtomobil yolun tikintisi
    © Sputnik / Emin Alisahib
  • Ağdam rayonunda yeni avtomobil yolun tikintisi
    © Sputnik / Emin Alisahib
1 / 6
© Sputnik / Emin Alisahib
Ağdam rayonunda yeni avtomobil yolun tikintisi

Həmçinin müsahibimiz onu da əlavə edir ki, yeni inşa olunan avtomobil yolunun üzərində 4 ədəd körpü, həmçinin suötürücü borular, mal-qara keçidləri inşa ediləcək. “Bununla yanaşı, yeni yol müasir tələblərə uyğun şəkildə inşa edilir. Bu yolun üzərində 5 ədəd heyvan keçidi, 5 ədəd düzbucaqlı su keçidi  nəzərdə tutulub. Həmçinin yol üzərində 80-dən artıq 1500 millimetr diametrində su boruları inşa ediləcək. Eyni zamanda burada xüsusi dayanacaqların da quraşdırılması nəzərdə tutulub. Belə ki, yolun kənarlarında  24 ədəd avtobus dayanacağının inşası planlaşdırılır”.

Qeyd edək ki, hazırda Ağdam şəhərinin mərkəzinə uzanan Bərdə-Ağdam avtomobil yolunda torpaq yatağı təmizlənir, yolun çəkilişi üçün hazırlıq işləri gedir.

Eləcə də oxuyun:

Ləki-Qəbələ dəmir yolu istifadəyə hazırdır

* Şuşada magistral su kəmərinin ilk hissəsinin tikintisinə başlanılıb

* Binəqədi yoluna əncam çəkildi

 

Teqlər:
yol, Ağdam, Qarabağ

Əsas mövzular