CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu mövsüm "Duzlu göl"də çimməyə icazə veriləcək? Rəsmi açıqlama

© Sputnik / Irade JELILHövsan- Zığ yolu kənarındakı Duzlu göl
Hövsan- Zığ yolu kənarındakı Duzlu göl - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
"Kimsəyə gölə getmə deyə bilmərik. Bununla bağlı əhaliyə xəbərdarlıq edilib""Kimsəyə gölə getmə deyə bilmərik. Bununla bağlı əhaliyə xəbərdarlıq edilib"

BAKI, 22 may — Sputnik, Zülfiyyə Quluyeva. Paytaxtda yerləşən, əhali arasında “Duzlu göl” kimi məşhur olan göldə çimməyə olan qadağa bu mövsüm də qüvvədədir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

O bildirib ki, bununla bağlı sənəd var: “2006-cı ildə respublika baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən, Suraxanı rayonu Zığ yaxınlığındakı "Qızılı göl" və "Yodlu su" mənbəyindən istifadə yararsız hesab olunaraq qadağan edilib. Biz ərazidə gigiyenik vəziyyətin normal olmadığına görə müvafiq qurumlara müraciət etmişik. Kimsəyə gölə getmə deyə bilmərik. Bununla bağlı əhaliyə xəbərdarlıq edilib. Qərar da qüvvədədir".

Qeyd edək ki, Hövsan yolunun kənarında, Zığ qəsəbəsində olan "Duzlu göl" uzun illərdir ki, istifadəyə yararsız elan edilsə də, hər il yay fəslində gölün kənarı istirahətə gələnlərlə dolu olur.

Həmçinin oxuyun:

* Azərbaycanda bu məkanlar dərmanlanır: səbəb COVID deyil

* Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

* Qarşıda bizi böyük problem gözləyir: İcazə olsa da, olmasa da təhlükəli sulara girəcəyik

Xəbər lenti
0