21:18 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
9

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 23-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 22 may — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərabaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 18-20o isti, gündüz 31-33o dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Mayın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22o isti, gündüz 32-37o isti, dağlarda gecə 11-16o isti, gündüz 20-25o dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 23-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Teqlər:
hava proqnozu, istirahət günü, hava, isti

Əsas mövzular