CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib

© AR Ministry of DefenceЦеремония поминовения военнослужащих, павших шехидами в Товузских боях
Церемония поминовения военнослужащих, павших шехидами в Товузских боях - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Bu dəyərli materiallar Muzeydə yeni yaradılan "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgidə nümayiş olunacaq.

BAKI, 22 may — Sputnik. General-mayor Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Sputnik Azərbaycan xəbər verir ki, əşyalar P.Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə verilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim səhra forması – şalvar, kitel və papaqdan ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. Bu dəyərli materiallar Muzeydə yeni yaradılan "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgidə nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub. Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olub.

14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilmişdi. 15 iyul tarixində II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Eləcə də oxuyun:

* Bakıda Polad Həşimovun adına park salınır

İnternatdan döyüşə - "Şəhid yoldaşlarımın tikələrini "meşok"a yığırdıq"

* Azərbaycanda yeni doğulan xeyli körpəyə şəhid generalın adı verilib

* Rahibin son yazısı: “Döyüşə gedirik, silməyin, xatirə” - FOTO

 

Xəbər lenti
0