17:19 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
76 0 0

"Yaşadığım binanın 3-cü mərtəbəsində hotel var. Biz bir pilləkənlə çıxıb-düşürük axı, bu nə deməkdir?! Təsəvvür edin, bir neçə il öncə orada ərəblərlə bir qadın yaşayırdı".

BAKI, 21 may — Sputnik, Nigar İsgəndərova. "Nəsə paylaşırsan, kim ki bu fikrin leyhinədir, "bəyən" düyməsini basır, bəyənməyənlər isə söyürlər. Bir fikrin əleyhdarları daha aktivdirlər. Mən hər zaman əxlaq polisinin yaradılmasının tərəfdarıyam. Cəmiyyət, dövlət bu məsələni nəzarətə götürməlidir. Mənəviyyat, əxlaq məsələsi hər sahədə nəzarətə götürülməlidir. Çünki söhbət bizim genofondumuzdan gedir. Genefondumuz bizim milli varlığımız və onun identifikasiyasıdır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili digər məsələyə toxunaraq ən azı bu işlə məşğul olacaq bir şöbənin yaradılmasını, fəaliyyət göstərməsini təklif edir: "Polislərin üzərində nə qədər dəyənək var. Bir yandan deyirik ki, hətta heyvanı da döymək olmaz. Bəs polislərin üzərindəki bu qədər dəyənək nə üçündür? İnsanları döymək üçündür? Sovet dövründə tapançasız idilər. Heç onların üstündə dəyənək olmazdı, amma sovet dövrünü bəyənməzdik. Necə olur ki, buna razı olurlar, amma əxlaq polisinin yaranmasına razı olmurlar. Heç olmasa bir şöbə yaradılsın və o şəxslər mütəmadi olaraq ictimai yerlərdə, məsələn, barlarda, restoranlarda, saunalarda, mehmanxanalarda reydlər keçirsinlər. Pul qazanmaq istəyi əxlaqımızı üstələməməlidir".

"Yaşadığım binanın 3-cü mərtəbəsində hotel var. Biz bir pilləkənlə çıxıb-düşürük axı, bu nə deməkdir?! Təsəvvür edin, bir neçə il öncə orada ərəblərlə bir qadın yaşayırdı. Qonşular arasında münaqişə yaransa da, qadın qışqırıb deyirdi ki, mən çörəyimi bu cür əldə edirəm, əcəb edirəm. Kollektiv şəkildə ərizə ilə müvafiq hökumət orqanlarına müraciət etdik, bu məsələni Milli Məclisdə də qaldırdıq, gücümüz çatmadı. Əgər bunlar yuxarıdan kimlərsə tərəfindən himayə olunmasa, necə ola bilər ki, bir nəticə olmur? Deməli, bu şəxslər yuxarılar tərəfindən himayə olunurlar. Abırsızlıq, mənəviyyatsızlıq, əxlaqsızlıq çox dərinləşib. "Sayqonizasiya" getməlidir? Axı biz azərbaycanlıyıq, türkük, müsəlmanıq. Bu gedişlə bizim gələcəyimiz hara gedir?", - deyə o əlavə edib. 

Bu fikirlərinə görə ən yaxın adamları tərəfindən də basqıya məruz qaldığını söyləyir: "Ən yaxın adamlar da mənə basqı edir ki, daha bu haqda danışma. Deyirlər ki, görürsən ki, əksəriyyət səni ittiham edir, müdafiə etmir... Bir müqəddəs hiss qalmayıb, ailələr də elə ona görə dağılır, təməlləri dağılır, sədaqət hissi dağılır".

"Sovet təhsil sisteminin üstünlüyü ondan ibarətdir ki, təhsillə yanaşı, təlim-tərbiyə də verilirdi. Əxlaqdan gərək 5 alaydın. Amma indi bütün bu sahələrdə boşluqdur.

Əsas mövzular