CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub

© Sputnik / Kemale AliyevaДиректор киностудии Азербайджанфильм имени Джафара Джаббарлы Мушфиг Хатамов
Директор киностудии Азербайджанфильм имени Джафара Джаббарлы Мушфиг Хатамов - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb.

BAKI, 20 may — Sputnik. "Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

O, artıq şirkətin kollektivinə təqdim edilib.

Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılmış, şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.

Sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.

Eləcə də oxuyun:

* Kifirləşən efirlər

* "Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub

* Tanınmış aparıcı Vaqif Mustafayevi "ağ yuyub, qara sərdi"

Sevil Əliyeva Vaqif Mustafayevi niyə işdən çıxarıb?

 

Xəbər lenti
0