CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yollarda sürət həddi aşağı salınacaq

© Pexels Hugo Santos / driverSürücü
Sürücü - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Məqsəd yol-nəqliyyat hadisələrinin sayının minimuma endirməklə vətəndaşların rahatlığı və sağlamlığının qorunmasıdır".

BAKI, 19 may — Sputnik. Azərbaycan dövlətinin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb.

Bakı Nəqliyyat Agnetliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirirlir ki, təklifə əsasən, Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub.

Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib. Məlumatda bildirilir ki, qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaqdır: "Paytaxtda yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması daim dövlətin diqqətindədir. Məqsəd yol-nəqliyyat hadisələrinin sayının minimuma endirməklə vətəndaşların rahatlığı və sağlamlığının qorunmasıdır".

Eləcə də oxuyun:

Bakıda gənc qız yol qəzasında xəsarət aldı

Paytaxtda 43 yaşlı kişi yol qəzasında xəsarət aldı

* Bakıda yüksək sürətlə tunelə girən avtomobil qəzaya düşdü, tıxac yarandı

Xəbər lenti
0