CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dmanisidə hazırda vəziyyət necədir? – Son durum açıqlandı

© Sputnik / Vladimir UmikashviliСитуация в Дманиси 17 мая 2021 года
Ситуация в Дманиси 17 мая 2021 года - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
Nazirlik insidentin yekunlaşmasını alqışlayıb və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Gürcüstan vətəndaşının ölkədə sabit, dinc və bərabər mühit yaratmaq üçün dövlət məsuliyyətini dərk etməsinə ümidli olduğunu bildirib.

BAKI, 18 may — Sputnik. Gürcüstanda azərbaycanlıların yaşadığı Dmanisi bölgəsində vəziyyət hazırda stabildir, lakin orada əlavə polis qüvvələri qalır. Onlar vəziyyətə nəzarət edirlər. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Qeyd edək ki, bir neçə gün əvvəl Dmanisidə azərbaycanlılar və svanlar arasında kütləvi dava olub. Tərəflər arasında barışıq, yerli və mərkəzi hakimiyyətin, həmçinin din xadimlərinin müdaxiləsi nəticəsində əldə olunub. Faktla bağlı araşdırma başlayıb. İnsident iştirakçılarının dindirilməsi prosesi davam edir.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də Dmanisiyə səfər edib. O bəyan etmişdi ki, insident nəticəsində xəsarət alanlar var, lakin nə polislər, nə də insident iştirakçıları ağır xəsarət almayıblar.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyi isə öz növbəsində insidentin yekunlaşmasını alqışlayıb və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşının ölkədə sabit, dinc və bərabər mühit yaratmaq üçün dövlət məsuliyyətini dərk etməsinə ümid etdiyini bildirib.

Şərqi Gürcüstanın müftisi Etibar Eminov isə öz növbəsində qarşıdurma tərəfləri ilə görüşdən sonra bəyan edib ki, tərəflər arasında barışıq əldə olunub və münaqişənin davamı olmayacaq.

Qeyd edək ki, mayın 16-sı Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb. İnsident rayonun "9 aprel" küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.

Xəbər lenti
0