CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dmanisidəki hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdləri təəssüf doğurur

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

BAKI, 17 may - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Ombudsmanı hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

Qeyd edək ki, 16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələni bir neçə qurum nəzarətdə saxlayır.

Eləcə də oxuyun:

* Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

* Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

 

Xəbər lenti
0