01:23 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
14

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

BAKI, 16 may — Sputnik. Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər mayın 20-dək davam edəcək.

Eləcə də oxuyun: 

* Azərbaycan Ordusu Ermənistanla sərhəddə təlimlərə başlayır

*Azərbaycan yollarında hərbi maşınlar: nə baş verir? - VİDEO

* Döyüşə hazır olma vəziyyəti və antiterror əməliyyatı: Ordumuzda təlimlər başlayıb

Azərbaycan HHQ-nin döyüş təyyarələri, Bayraktar və digər PUA-lar səmaya qalxdı

 

Əsas mövzular