12:17 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
80

Heydar Əliyev adına Beynəlxalq Hava Limanından söz veriblər ki, araşdırmanın nəticələrinə əsasən, bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

BAKI, 16 may — Sputnik. Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalar başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:

"Bakı hava limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.

Araşdırmanın nəticələrinə əsasən, bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək".

Teqlər:
rəftar, heyvan, insident, Heydər Əliyev adına Hava limanı

Əsas mövzular