CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA: Nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
Dayanma-durmaya qaydaları pozan avtomobillər - Sputnik Azərbaycan, 1920, 09.05.2021
Abunə olmaq
Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

BAKI, 9 may — Sputnik. Proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə etdiyi müraciətdə qeyd edilir:

"Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin"-deyə müraciətdə bildirilir.

Xəbər lenti
0