CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qida israfı: Dünyanın xeyli ölkəsini geridə qoyuruq

© REUTERS / Akhtar SoomroПриготовленные рис и фрукты для раздачи людям во время ифтара в Карачи
Приготовленные рис и фрукты для раздачи людям во время ифтара в Карачи  - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
BMT-nin Qida Tullantısı İndeksi adlanan builki hesabatına görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə Azərbaycan bir çox ölkələri geridə qoyub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Dünya əhalisinin sayının artması bəzi ölkələrdə israfçılığa, bəzi ölkələrdə isə aclığa səbəb olur. Avstraliya, ABŞ və Türkiyə qida tullantısına görə dünyada ilk üçlükdə qərarlaşıb. BMT-nin hesabatına görə, illik olaraq 1,3 milyard ton qida tullantısı əmələ gəlir.

Yəni, illik olaraq 2,6 trilyard ABŞ dolları dəyərində qida tullantısı əmələ gəlir. Hansı ki, bu vəsait, bu qədər qida tullantısı ilə 815 milyon ac insanı doyurmaq mümkündür.

Bəzi ölkələrdə restoranlarda qidaların tullantısı qadağandır. Bunun üçün müştərilər cərimə olunurlar. Artıq bununla bağlı olaraq Çin də qərar qəbul edib. Bəzi ölkələr isə qida tullantılarından gübrənin hazırlanması prosesində istifadə edirlər. Bu məqsədlə orqanik gübrələr də istehsal olunur.

Qida tullantılarının geri çevrilməsi ilə ətraf aləmin çirklənməsinin də qarşısı alınmış olur. Çünki qida tullantıları həm də gərəkli, faydalı torpaq qatının yoxa çıxması hesab edilir. Bu qida tullantılarından gübrə məqsədilə istifadə etməklə həm də torpaq qatının daha da zənginləşməsinə nail olmaq olar.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, tullantı qidalar bir ölkə olsaydı, istixana qazı emissiyalarına görə dünyada ABŞ və Çindən sonra üçüncü olardı. Bu problemə ən böyük töhfəni kim verir? İnkişaf etmiş ölkələrdə xüsusən qida tullantılarının həcmi daha çox olur. Bu gün xüsusən də Amerikda qida tullantılarının həcmi yüksək səviyyədə qalır.

Dünyada qida tullantılarından müxtəlif məqsədlər üçün istifadə olunur. Statistikaya görə, illik olaraq 20 milyon ton qida zibil olaraq tullanır.

Qida tullantılarının həcmini azaltmaq, tullantıları faydalı şəkildə idarə etməklə həm də yeni iş yerləri yaratmaq, enerjiyə qənaət etmək və iqlim dəyişikliyinin qarşısını almaq mümkündür.

Женщина у прилавка в супермаркете, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
İQTİSADİYYAT
Qida məhsullarının üzərində bu məlumatlar yoxdursa, almağa dəyməz

Azərbaycandakı vəziyyətə gəlincə, ölkəmizdə illik olaraq adambaşına 93 kiloqram qida zibilliyə atılır. Bu barədə BMT-nin Qida Tullantısı İndeksi adlanan bu il açıqlanan hesabatında məlumat verilib. Hesabata görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə, Azərbaycan bir çox ölkələri geridə qoyub.

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərcləri məhz ərzaq məhsullarına çıxır. Dövlət Statistika Komitəsinin məlumatı da bunu təssdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclərdəki payı isə 48,6 faiz olub.

BMT-nin son açıqlanan hesabatına görə, il ərzində 931 milyon ton qida məhsulu zibil kimi tullanır. Bu isə illik qida məhsullarının 17 faizinin israfı deməkdir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkir.

"Azərbaycanda da poliqonların qida tullantıları ilə aşıb-daşmasının qarşısını necə almaq olar?" sualına cavab olaraq millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında qida tullantısı ilə bağlı durum və görülən işlərdən danışıb:

"Yediyimiz çörəyin bir qisminin boyat olaraq tullandığının şahidiyik. Təəssüflər olsun ki, çörək və digər qida məhsulları israfçılığın qurbanı olur. Bunun üçün maarifləndirmə işlərini daha da çoxaltmalıyıq. İnsanlar yediyi qədər ərzaq, çörək almalıdır. Restoran və kafelər də həmçinin, onlar da lazım olan qədər ərzaq almalıdırlar".

"Düşünürəm ki, biri digərinin qidasına nəzarət edə bilməz. Sadəcə olaraq maarifləndirmə işlərini gücləndirmək lazımdır. Uşaq bağçaları, məktəblərdə bu cür maarifləndirmə işlərini gücləndirmək lazımdır. Çünki bu şəxslər gələcəkdə cəmiyyəti idarə edən şəxslərə çevrilirlər", - deyə o əlavə edib.

Донерная в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.09.2020
Harada və nə yediyinizə diqqət edin: Üç günahkardan ikisi qida satır

O bildirib ki, Gəncədə tullantıların təkrar emalı ilə bağlı zavodun tikintisi planlaşdırılır: "Bu zaman çoxlu enerji, gübrələr də istehsal etmək mümkün olur. Bu layihə çox böyük vəsait tələb edir. Düşünürəm ki, əksər regionlarda belə layihə icra olunacaq".

Millət vəkili deyir ki, israfçılığın səbəbləri müxtəlifdir:

"İnsanlar yaşlandıqca anlayırlar ki, nə qədər israfçılığa yol veriblər. Təəssüflər olsun ki, yeyilən çörəyin 3 qat artığı israf olunur. Digər tərəfdən isə nə qədər ac insanlar bu çörəklə qidalana bilərdi. Hazırda Ramazan ayıdır. Ramazan ayında əsas məqsədlərdən biri də budur ki, insanlar bərabər olsunlar, toxun acdan xəbəri olsun. 13-14 saat ac qaldıqdan sonra insanlar qonşuda tanıdığı, bildiyi, köməyə ehtiyacı olan birinə yardım etməyi, az yeməyi öyrənir və israfçılığın qarşısını alır". `

Restoran və kafelərin yerləşdikləri ərazilərdəki poliqonlara nəzər salaraq, biz bu qida israfını görə bilərik. Lakin onların bir neçəsi ilə əlaqə saxlasaq da, onlar qida israfına yol vermədiklərini, sifarişlərə uyğun məhsul satdıqlarını deyirlər.

Hər kəs özündən başlasa, yəqin ki qida israfının, çörək tullantısının qarşısını almaq mümkün olar...

Xəbər lenti
0