13:16 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
11

Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.

BAKI, 5 may — Sputnik. "Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir: "Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir".

Teqlər:
Azərbaycan, Bakı, yağış, külək, hava

Əsas mövzular