CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faktiki hava şəraiti açıqlanıb

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

BAKI, 1 may — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrolji Xidmətlər Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5 mm, Yardımlı, Sədərəkdə 4 mm, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3 mm, Neftçala, Şərurda 2 mm, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Xəbər lenti
0