CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atamın dəfninə gəlməyin - Arif Rəhimov

© Sputnik / Murad OrujovМинистр молодежи и спорта Азад Рагимов
Министр молодежи и спорта Азад Рагимов - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
"Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik".

BAKI, 1 may - Sputnik. “Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu”. 

Gənclər və İdman naziri Azad Rəhimov və  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Azad Rəhimovun vəfatı xəbəri təsdiqləndi

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ötən gün dünyasını dəyişən Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov sosial şəbəkə hesabında yazıb.

Arif Rəhimov qeyd edib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi.

"Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı. Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi. 

Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.

Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik. Allah rəhmət eləsin!" - Arif Rəhimov yazıb.

Xəbər lenti
0