CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təmir işləri niyə bayram günləri aparılmır - AAYDA məsələyə aydınlıq gətirdi

© Azerbaijan Highway State AgencyXətaidə iki əsas küçədə təmir işləri
Xətaidə iki əsas küçədə təmir işləri - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
"Hətta deyərdim ki, ən çox bayram və istirahət günlərində təmir-tikinti işlərimiz həyata keçirilir. Gecə saatlarında belə işlər aparılır" - Anar Nəcəfli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Yollarda təmir işlərinin iş günlərində həyata keçirilməsi sürücü və sərnişnilər tərəfindən narazılıqla qarşılanır. Məsələn, hazırda Abbas Fətullayev küçəsində davam edən təmir işləri də sürücü və sərnişinlər tərəfindən narazılıqla qarşılanır.

Qarşıdan da bayramın gəldiyi nəzərə alınaraq, sərnişin, sürücülər bu kimi tədbirlərin niyə həmin günlərdə həyata keçirilməməsindən narazıdırlar. 

Azərbaycan Avtmobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bu narazılqılara aydınlıq gətirib: "Təmir işləri zamanı yollarda nəqliyyatın hissə-hissə məhdudlaşdırılması, yaxud da tam məhdudlaşdıırlması baş verir. Bunun da narazılıqla qarşılanması gözlənilən haldır. Lakin bu işlərin aparılması vətəndaşların, sürüclərin rahatlığı üçündür. Çünki təmir zamanı yolda  hansı ərazidəki piyada səkisi yoxdur, orada lazım olan işlər görülür, panduslar, yol nişanları qoyulur. Yəni, qısa müddətdə narahtlığa səbəb olan bu təmir işləri ilə nəticə etibarı ilə hər kəsin rahatlığını təmin edilir".

O bayram günlərində işləyib-işləməmk məsələsinə də aydınlıq gətirib: "Biz də digər aidiyyəti dövlət qurumları kimi həm istirahət, həm də bayram günlərində çalışırıq. Digər günlərlə kompensasiya edərək işçilərimiz bayram günlərində də işləyirlər. Hətta deyərdim ki, ən çox bayram və istirahət günlərində təmir-tikinti işlərimiz həyata keçirilir. Gecə saatlarında belə işlər aparılır".

"Lakin bir nüans var. Biz bu işləri şənbə-bazar, yaxud da bir gecə və bir neçə saatda həyata keçirib yekunlaşdıra biliriksə, elə həmin müddətdə bu işləri icra edirik. Lakin elə təmir işləri var ki, iki günlə yekunlaşmır, hətta bayram günləri bitdikdən sonra da həmin təmir işləri davam edəcəksə, bu zaman həmin işləri nə şənbə-bazar, nə də ki, bayram günlərində görmək mümkündür. Amma bu o demək deyil ki, istirahət və bayram günlərində görülməli olan işlər dayandırılır".

Xəbər lenti
0