CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirin keçmiş icra başçısı həbs olundu

© Photo : executive power of the Shemkir regionAlimpaşa Məmmədov
Alimpaşa Məmmədov - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, A.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKI, 28 aprel - Sputnik. Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, A.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Alimpaşa Məmmədov - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Prezident Şəmkirin icra başçısını vəzifədən azad edib

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun birinci müavini Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.

Prezident İlham Əliyevin 27 aprel tarixli sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti
0