CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aylarla itkin düşmüş sayılan hərbçimiz Gəncədə dəfn olunub

© Sputnik / Ilham MustafayevŞəhidin dəfn mərasimi
Şəhidin dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü.

BAKI, 28 aprel — Sputnik. Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.

Xəbər lenti
0