CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parklanma yerləri Pirallahıya qədər uzadılacaq

© Sputnik / Zulfiyya GuluyevaBakını mərkəzində parklanmış avtomobillər
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Dayanma, durma, parklanma qaydalarının nizamlanması üçün paytaxtın müxtəlif yerlərində quraşdırılmış 100 kamera ilə nəzarət olunur.

BAKI, 28 aprel — Sputnik. İndiyədək 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklanma yeri təşkil edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında  Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib.

Onun sözlərinə görə, dayanma, durma, parklanma qaydalarının nizamlanması üçün paytaxtın müxtəlif yerlərində quraşdırılmış 100 kamera ilə nəzarət olunur. Həmçinin xidməti personal vasitəsilə bu nəzarət aparılır. V.Kərimli bildirib ki, Bakıda yer məhdudiyyətinə görə parklanma yerlərinin sayını artırmaq, hər yerdə təşkil etmək olmur. Amma o, parklanma yerlərinin Pirallahıya qədər uzadılacağını söyləyib.

Xəbər lenti
0