CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 12 xətt üzrə müsabiqə elan edilib

© Baku Transport Agency4 nömrəli avtobus
4 nömrəli avtobus - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Son 5 ildə şəhərətrafı 15 yeni marşrut xətti istifadəyə verilib. 2020-ci ildə 413 milyondan çox sərnişin daşınıb.

BAKI, 28 aprel — Sputnik. Ötən il 16 yeni marşrut xətti açılıb. Onlardan 12-si ekspres, 4-ü müntəzəm marşrut xətləridir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında  Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, 26 xəttin hərəkət sxemi dəyişdirilib. 12 xətt üzrə müsabiqə elan edilib. 29 daşıyıcı fəaliyyət göstərir. 21 faiz daşıyıcı sayı optimallaşdırılıb. Ümumilikdə daşıyıcı sayı 51 faiz optimallaşdırılıb.

V.Kərimli bildirib ki, hazırda 169 xətt mövcuddur. Onun 44 faiz şəhərdaxili, 56 faizi şəhərətrafıdır. Şəhərətrafı marşrut xəttinin sayı 95 təşkil edir. Son 5 ildə şəhərətrafı 15 yeni marşrut xətti istifadəyə verilib. 2020-ci ildə 413 milyondan çox sərnişin daşınıb. V.Kərimli deyir ki, 2019-cu ildə avtobusların iştirakı ilə baş verən qəzaların sayı 21,2 faiz, ölüm halları 9, xəsarət sayı 31,2 faiz azalıb.

Xəbər lenti
0