CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən hansı gözləntilər var?

© Sputnik / Murad OrujovЦентр технологий Лютфи Заде
Центр технологий Лютфи Заде - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı agentliyin fəaliyyətinə hansısa qiymət verməyin hələki tez olduğunu bildirib

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Ölkədə hər bir sahədə aparılan islahatlar, işğaldan azad olunmuş topraqlarda gedən yeni quruculuq işləri vətəndaş cəmiyyətinin, QHT-lərin də qarşısında xeyli görülməli işləri planlaşdırıb həyata keçirmək kimi məsələləri gündəmə gətirib

Aprelin 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Мужчина ставит подпись на документе, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.04.2021
CƏMİYYƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılır - FƏRMAN

Sputnik Azərbaycan yeni yaradılmış agentlikdən gözləntilər və bu agentliyin yaradılmasının QHT-lərin fəaliyyətinə təsiri barədə millət vəkili Cavid Osmanovun və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlının fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, 2018-ci ilin aprelində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda islahatlar sürətlənib: "Bu islahatlar ictimai həyatın müxtəlif sferalarında özünü göstərib. Qeyri Hökumət Təşkilatları ilə bağlı atılan addımları islahatların bir parçası kimi qiymətləndirmək olar. Yeni agentliyin yaradılmasını dövlət və özəl sektor arasındakı münasibətlərin tənzimlənməsi və ölkənin milli maraqlarının müdafiəsində QHT-lərin rolunun möhkəmləndirilməsi zərurətindən atılan addım kimi dəyərləndirmək olar. Bundan sonrakı mərhələdə bu sahədə yeni dövrün başlanmasını görəcəyik. Eyni zamanda qeyd edim ki, bundan sonrakı mərhələdə QHT-lərlə daha sıx əməkdaşlıq olacaq. Qanunvericilik bazasının da uyğunlaşdırılması vacib məsələdir. Milli birlik fonunda siyasi dialoqun genişləndirilməsi və vətəndaş cəmiyyətinin dayanıqlı inkişafının təmin edilməsi üçün Milli Məclis və yeni yaradılmış agentlik arasında təmaslar çoxalacaq".

Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
CƏMİYYƏT
QHT Şurası "milyonların mənimsənilməsi" məsələsinə aydınlıq gətirdi

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı isə agentliyin fəaliyyətinə hansısa qiymət verməyin hələki tez olduğunu bildirib: "14 il bundan qabaq Azərbaycan Prezidenti yanında QHT-lərə yardım məqsədilə yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işinə xitam verildi və onun əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Hazırda Agentliyin 11 nəfərdən ibarət Müşahidə Şurası yaradılıb ki, onlardan 8 nəfəri ölkənin tanınmış qeyri-hökumət təşkilatlarının rəhbərləridir. Yeni Agentliyin fəaliyyətini tənzimləmək yönündə təşkilati işlər gedir, struktur müəyyənləşdirilir. Agentliyin fəaliyyətinə qiymət vermək üçün zaman lazımdır. Lakin ölkədə hər bir sahədə aparılan islahatlar, işğaldan azad olunmuş topraqlarda gedən yeni quruculuq işləri vətəndaş cəmiyyətinin, QHT-lərin də qarşısında xeyli görülməli işləri planlaşdırıb həyata keçirmək kimi məsələləri gündəmə gətirib. Ümid edirik ki, yeni yaradılmış Agentlik öz fəaliyyəti ilə vətəndaş cəmiyyətinin inkişafına yeni nəfəs, yeni impulslar verməklə yanaşı QHT-lərin daha çevik, daha mütəşəkkil işləməsinə öz töhfəsini verəcəkdir".

Xəbər lenti
0