CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki marşrut üzrə avtobusların hərəkət istiqaməti dəyişib

© Sputnik / Murad OrujovАвтобус на одной из улиц в Баку
Автобус на одной из улиц в Баку - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb

BAKI, 26 aprel — Sputnik. Paytaxtda təmir işləri ilə əlaqədar iki marşrut üzrə avtobusların hərəkəti sxemi dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçə ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.

Xəbər lenti
0