BAKI, 26 aprel — Sputnik. Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə APA-ya onun oğlu Rövşən Quliyev bildirib.
O, atasının iki gün əvvəl "Yeni klinika"ya yerləşdirildiyini deyib: "Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir".