10:24 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
18 0 0

Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

BAKI, 25 aprel - Sputnik. Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər Xiyabanındakı məzarını,  sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət  edib, xatirəsini ehtiramla yad edərək gül dəstələri qoyublar.
Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolundan danışaraq, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları xatırlayıblar. Bildirilib ki, qəhrəmanımız öz vətəninin müstəqilliyi uğrunda canını fəda etmişdir.
Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Teqlər:
xatirə, Milli Qəhrəman, Albert Aqarunov

Əsas mövzular