CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan hərbçiləri Türkiyədə komando kurslarını bitirdilər - FOTO

© AR Ministry of DefenceHərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər
Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

BAKI, 25 aprel — Sputnik. Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları  qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.

Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.

1/5
2/5
3/5
4/5
5/5
1/5
2/5
3/5
4/5
5/5

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Sonda məzunların  tribuna önündən təntənəli keçidi olub,  xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0