CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç ölkədə Ermənistana qarşı etiraz aksiyaları - FOTO

© Photo : The State Committee on Work with Diaspora of ARİsveçdə
İsveçdə - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Azərbaycanlılar Ermənistanın mənfur əməllərinə qarşı İsveç və Fransada etiraz aksiyaları təşkil edib, Niderlandda bilbord yerləşdiriblər. ABŞ-ın Nümayəndələr Palatasının üzvlərinə isə məktubla müraciət ediblər.

BAKI, 25 aprel — Sputnik. Bir neçə ölkədə Ermənistanın mina xəritəsini verməməsinə qarşı etiraz edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə”, “Qarabağ kültür cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda SAF-nın təşəbbüsü ilə İsveç parlamentınə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar. 10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb olunub.

© Photo : The State Committee on Work with Diaspora of ARİsveçdə Ermənistana qarşı etiraz aksiyası
Üç ölkədə Ermənistana qarşı etiraz aksiyaları - FOTO - Sputnik Azərbaycan, 1920, 25.04.2021
İsveçdə Ermənistana qarşı etiraz aksiyası

Fransanın Paris şəhərində yaşayan və təhsil alan gənc soydaşımız İsgəndər Əsgərovun təşəbbüsü ilə Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq fərdi aksiya keçirilib.

Parisdəki parlament binasının önündə baş tutan aksiya zamanı soydaşımız "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!" tələbini nümayiş etdirib. Bununla da İ.Əsgərov parislilərin diqqətini Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların 30 ilə yaxın müddət ərzində həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıtmaq, orada yaşamaq hüququnu məqsədli şəkildə və kobudcasına pozduğuna cəlb edib. 

Qeyd edək ki, Ermənistanın minalanmış ərazilərə aid xəritələri verməkdən imtina etməsi və qondarma erməni soyqırımı iddiası ilə bağlı Fransa paytaxtında, pandemiya qaydalarına uyğun, müxtəlif  xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

© Photo : The State Committee on Work with Diaspora of ARParisdə İsgəndər Əsgərovun fərdi aksiyası
Üç ölkədə Ermənistana qarşı etiraz aksiyaları - FOTO - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Parisdə İsgəndər Əsgərovun fərdi aksiyası

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə 24 aprel tarixində Krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.

Bilbordlarda “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın” kimi şüarlar yerləşdirilib.

© Photo : The State Committee on Work with Diaspora of ARNiderlandda Ermənistanın mina xəritəsini verməməsinə görə bilbord yerləşdirilib
Üç ölkədə Ermənistana qarşı etiraz aksiyaları - FOTO - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Niderlandda Ermənistanın mina xəritəsini verməməsinə görə bilbord yerləşdirilib

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyəti isə Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara və ABŞ-ın Nümayəndələr Palatasının üzvlərinə məktubla  müraciət ediblər.

Məktubun mətnində deyilir: "Bu məktub Nyu-York Azərbaycan Birliyi və ABŞ-dakı digər yeddi cəmiyyətin adından, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən yerləşdirilmiş minalar və digər partlayıcı qurğularla kütləvi çirklənməsindən doğan ciddi təhlükəyə diqqətinizi cəlb etmək üçün yazılır. Ermənistanın minalanmış ərazilərlə bağlı məlumat verməkdən imtina etməsi bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngəl yaradır. Bu gün mülki vətəndaşlar və hərbi qulluqçular Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minalar səbəbindən həyat və sağlamlıqlarını itirirlər.

Bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərə son qoydu.

İndi azad edilmiş torpaqlarda hamı üçün təhlükəsiz və dinc bir mühit təmin etməyin vaxtı gəldi. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də minalar qoyulduğu üçün öz evlərinə qayıda bilmir. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini təqdim etmir”.

Qeyd edək ki, müvafiq məktublar BMT-nin, "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının ABŞ-dakı nümayəndəliyinə də göndərilib.

Xəbər lenti
0