CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə acından qabırğaları sananan atlara yardım elədilər

© AR Ministry of CultureAtlar üçün sığınacaq
Atlar üçün sığınacaq - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Mərkəzdəki atlara tibbi xidmət göstərən baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

BAKI, 23 aprel — Sputnik. "Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır. Bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib". 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir.

Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.

Xəbər lenti
0