CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərərçəkənlər üçün dərd ortağı: Füzulidə İcma Resurs mərkəzi açıldı - FOTO

© Sputnik / Emin AlisahibFüzulidə icma resurs mərkəzinin açılışı
Füzulidə icma resurs mərkəzinin açılışı - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Füzulidə İcma Resurs mərkəzinin açılışı olub. Bununla da ölkədə belə mərkəzlərin sayı on ikiyə çatıb.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Füzuli-Horadiz İcma Resurs mərkəzinin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti və başqaları iştirak ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bahar Muradova bu gündən etibarən fəaliyyətə başlayacaq mərkəzlərin icma nümayəndələrinə, o cümlədən zərərçəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağını bildirib. Bahar Muradova əlavə edib ki, bu icma mərkəzi yalnız ehtiyacı olanların deyil, istənilən şəxsin üzünə açıqdır. “İstənilən hər kəs burada həm hüquqi, həm də fərdi bacarıqlarının, həm də iqtisadi durumun gücləndirilməsi ilə bağlı layihələrlə çıxış edə bilər. Qarşıda bizi yenicə azad olunmuş regionlar və oraya insanların qaytarılması, abadlaşdırma vəzifəsi dayanır. Odur ki insanların öz yerinə-yurduna qayıtması və yeni yaşayış şəraiti üçün yeni imkanlar əldə etməsinə rəvac verən belə layihələr çox vacibdir. Biz digər regionlarda da belə layihələrin olması üzərində işləyirik”.

1/5
2/5
3/5
4/5
5/5
1/5
2/5
3/5
4/5
5/5

BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. O, mərkəzlərin açılmasının zərərçəkmiş vətəndaşlara dəstək göstərilməsi və bərpa məqsədi daşıdığını bildirib. “Bu hüquq mərkəzi hüquqi, psixososial, eyni zamanda biznes istiqamətində təlimlər üzrə xidmətlər göstərəcək. Eyni zamanda, iqtisadi baxımdan səlahiyyətləndirmə və gücləndirmə təşəbbüsləri də olacaq. Bizim bu mərkəzin açılmasında uzun müddətdir tərəfdaşlıq etdiyimiz Ailə, Qadın Komitəsi və İcra Hakimiyyəti böyük dəstək göstərmişdir. Beləliklə bu uzunmüddətli əməkdaşlıq nəticəsində işlər görülür. Əlbəttə ki, BMT-nin İnkişaf Proqramı Azərbaycanda bu cür layihələri keçirir. Və biz Azərbaycan vətəndaşlarına, bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara bu imkanları yaradırıq”.

Çıxışlardan sonra qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, diskussiya aparılıb.

Qeyd edək ki, ötən gün Ağcabədi və Tərtər rayonlarında da icma mərkəzlərinin açılışı olub. "Əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İcma Resurs mərkəzləri zərərçəkmiş icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək etmək, o cümlədən əsas diqqəti qadınlara, uşaqlara və əlilliyi olan şəxslərə yönəltməklə zərər çəkmiş vətəndaşlara biznes məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsi məqsədi daşıyır. 

Xəbər lenti
0